Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Münasib zamanın qəhrəmanı - VİDEO

Münasib zamanın qəhrəmanı - VİDEO

Tarix: 20 Dekabr 2021 18:24

Qəhrəmanlıq simvolu Şəhidlər - bu günümüzün qeyrət salnaməsi, sabahımızın örnək məbədi. Qısa ömrünü Vətən uğrunda fəda edərək qanı ilə tarix yazanlardan biri də 24 yaşlı şəhid Münasib Məmmədovun həyat hekayəsindən danışacağıq.

Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, Məmmədov Münasib Elman oğlu 1996-cı ildə yanvarın 15-də Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində doğulub. 2003-2014-cü illərdə doğulduğu kənddə orta təhsilə yiyələnən Münasib, 2014-cü ildə həqiqi hərbi xidmətə yollanıb.

Hərbi xidməti zamanı nizam-intizamı ilə komandirlərinin rəğbətini qazanan qəhrəmanımız, Aprel döyüşləri zamanı öz şücaəti ilə seçilməyi bacarıb.

Həqiqi hərbi xidmətini şərəflə başa vuran şəhidimiz 2016-cı ildə sevdiyi xanımla ailə həyatı qurur. İndi qəhrəmanımızdan geriyə Elman adlı oğlu yadigar qalıb. Hər gün atasının şəkillərə həsrətlə baxan 3 yaşlı balamız qəhrəman atası ilə zaman keçdikcə fəxr edəcək. Bu həsrət qürur mənbəyi ilə əvəz ediləcək.

Münasib döyüş bacarığını tək hərbi xidmət və Aprel döyüşlərində göstərmədi, o bütün sevgilərini geridə qoyub ən ali sevgisinə doğru qanad açdı, Vətənin dar gününə dayaq olmağa tələsən qəhrəmanımız könüllü olaraq Vətən müharibəsində iştirak etmək üçün ordu sıralarına qatılır.

O, Füzuli-Qubadlı istiqmətində gedən döyüşlərdə iştirak edir. Lakin oktyabrın 26 da Füzuli döyüşlərində şəhadətə yüksəlir və oktyabrın 27-si doğulduğu kənddə dəfn edilir.

Uzun illər yataq xəstəsi olan Münasibin atası oğlunun acı xəbərinə dözməyərək, dünyasını dəyişir.

Qeyd edək ki, Bir elin baş tacı, Vətənin qəhrəman oğlu Münasib Məmmədov ölümündən sonra prezident İlham Əliyevin sərəncamı ilə "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda", "Döyüşdə fərqləndiyinə görə" medalları ilə təltif edilir.


Etiketlər:  Münasib zamanın qəhrəmanı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ