Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2021 18:38
"Rospotrebnadzor"un Moskva şöbəsi satıcılara Türkiyə, Misir, İran və Çindən idxal olunan bəzi məhsulların satışını dayandırmaları ilə bağlı xəbərdarlıq edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti qurumun Moskva şöbəsinin rəhbəri Yelena Andreyevanın imzaladığı məktuba əsasən məlumat yayıb.
Qəzetin yazdığına görə, qadağalar Türkiyədən meyvə və tərəvəzlərin, Misirdən quru nanənin, İrandan bibərin və Çindən şokoladlı yumurta, qarğıdalı əriştəsi, vermişel, çipslərin idxalına aiddir. Məktubda qeyd olunub ki, adıçəkilən məhsullarla bağlı aparılan laboratoriya analizlərinin nəticələri qənaətbəxş olmayıb. Məhsullarda pestisidlərin və GMO-nun olub-olmaması yoxlanılıb, kütləvi zəhərlənmə riskinin qarşısını almaq üçün onların tədarükü növbəti xəbərdarlıq edilənədək dayandırılıb.