Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində maşın atəşə tutuldu - Yaralı var

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində maşın atəşə tutuldu - Yaralı var

Tarix: 21 Dekabr 2021 07:48

Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qaratəhlə kəndində bir gəncin avtomobilinə silahlı hücum olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib.

Yerli sakinlərin sözlərinə görə, tanımadıqları şəxs və ya şəxslər gəncin avtomobilinə silahlı hücum edərək, onu avtomobildə vurub qaçıblar.

Təcili tibbi yardım briqadası tərəfindən Rustavi Mərkəzi Xəstəxanasına çatdırılan yaralı təcili əməliyyat olunub.

Klinika xəstənin vəziyyətinin ağır olduğunu bildirir.

Hazırda Qaratəhlə kəndində hadisə yerində ekspertlər işləyir, hücumun motivi məlum deyil.

Milli.Az


Etiketlər:  Gürcüstanın azərbaycanlılar yaşayan kəndində maşın atəşə tutuldu Yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ