Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MTK ilə razılaşmayan obyekt sahibi - VİDEO

MTK ilə razılaşmayan obyekt sahibi - VİDEO

Tarix: 21 Dekabr 2021 18:30

Verilişimizə müraciət edən Yaqub Süleymanov sahibkardır.

O, Bakı şəhəri Nizami Bələdiyyəsi ilə 49 illik müddətinə bağlanan Torpaq sahəsinin icarə müqaviləsinə əsasən Şirin Mirzəyev 42 saylı binanın yaxınlığındakı 114 kv metrlik torpaq sahəsində obyekt tikərək kafe kimi istifadə edirdi.

"Qarayev City" Mənzil Tikinti Kooperativi tərəfindən sözügedən ərazidə tikinti işləri aparılanadək. Beləki, sözügedən MTK tərəfindən Yaqub Süleymanova məxsus 114 kv metrlik obyekt və onun arxasındakı 53 kv metrlik qarajı qeyri-qanuni hesab edərək bu ərazidən çıxarılmasını tələb edir. Yaqub Süleymanov deyir ki, Nizami rayon Bələdiyyəsinin 2005-ci ildə onunla bağlanan müqaviləyə əsasən bu ərazi ona 49 illik icarəyə verilib, o, vaxtı vaxtında yayınmadan vergilərini də ödəyib. Buna baxmayaraq, ondan bu torpaq sahəsinin boşaldılması və üzərindəki əmlakları sökülməsi tələb olunur. Yaqub Süleymanov həmçinin iddia edir ki, MTK ona dəymiş maddi mənəvi zərərin əvəzinin ödənilməsindən də zamanında boyun qaçırıb.

"Qarayev City" MTK-nın sədri Elşən İsmayılov bildirdi ki, tikinti işlərinə başlamazdan öncə ətrafdakı yaşayış və iaşə obyetklərinin sahiblərinin hamısı ilə razılığa gəlinib, Yaqub Süleymanovdan başqa. Zamanında sözügedən obyektlərə görə ona pul ödənilməsi təklif olunub, amma sahibkar daha böyük məbləğdə pul vəsaiti istədiyindən onlar məhkəməyə müraciət etməli olublar.

İstifadəyə verilmiş bələdiyyə torpağının və onun üzərində üçüncü şəxslərin istifadəsindən geri qaytarılması ilə bağlı bu mübahisəli məsələyə Vəkillər Kollegiyasının üzvü, vəkil Sadiq Bağırov münasibət bildirdi.

Yaqub Süleymanovun iddiasına əsasən üzləşdiyi haqsızlıqla bağlı, həmçinin 49 illik müqaviləyə nədən xitam verildiyini Nizami Rayon Bələdiyyəsindən də soruşduq. Sözügedən qurum hər hansı münasibət bildirmək istəmədiyini və məsələyə məhkəmə tərəfindən hüquqi qimyət veriləcəyi deyildi.


Etiketlər:  ilə razılaşmayan obyekt sahibi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ