Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2021 22:51
Yaş artdıqca ürəkdə problemlər əmələ gəlməyə başlayır, əsasən də tez-tez döyünmələr, təzyiqin artması və ürəkdə səyrimələr baş verir. Bütün bunlar ürək əzələsinin zəifləməsinə və ürəyin torba şəklini almasına səbəb olur.
Həkim-fitoterapevt Fizuli Hüseynovun sözlərinə görə, yemişan meyvəsinin dəmləməsi təzyiqi aşağı salır, ürəyin zərbə qüvvəsini artırır, ürəyin oksigenə olan tələbatını və ürək vurğularının sayını azaldır. Yemişanın vitamin və minerallarla zəngin tərkibi orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır, immuniteti gücləndirir.
Həkim bildirib ki, yemişan ürək ritmlərinin pozulması zamanı çox faydalıdır, qan durulducudur. Ürəyinə stend qoymuş insanlar uzun zaman həm qan durulducu kimi, həm də təzyiq salıcı kimi uzun müddət istifadə edə bilərlər.
"Ürəyində stend olan insanlara tövsiyyə edərdim ki, 3-5 kiloqram yemişandan sirkə hazırlasınlar. Yemişan sirkəsi də üzüm və ya alma sirkəsi kimi hazırlanılır. Yemişan sirkəsindən gündə 2 dəfə yeməkdən 2 saat sonra 1 xörək qaşığı 1 stəkan suya qarışdırıb içmək lazımdır. Uzun müddətə içmək olar, heç bir əks təsiri yoxdur. Yalnız mədəsində problem olan şəxslər ehtiyyatlı olmalıdırlar, ya da gündə 3 dəfə yeməkdən 2 saat sonra 1 çay qaşığı 1 stəkan suya qarışdırıb içə bilərlər. Yemişan dəmləməsi həm də çox yaxşı əsəb sakitləşdiricidir. Sonda xatırladım ki, müalicəvi yemişan qara yemişandır. 2 orta xörək qaşığı yemişanı axşamdan 3 stəkan su tutan termosda dəmləyib gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan içmək lazımdır", - deyə F.Hüseyov əlavə edib.