Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2021 10:26
10:25
Fövqəladə Hallar Nazirliyi Bakıda restoranda baş verən yanğınla bağlı daha bir məlumat yayıb.
FHN-dən Sonxeber.net-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan (hər mərtəbəsi 240 m²) beşmərtəbəli restoran binasının fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində 1 ədəd mühərrik yanıb.
Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.
Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
--------
09:12
Bakıda məşhur restoranda yanğın olub.
Yanğın Binəqədi rayonu ərazisində yerləşən "Qoç ət" restoranında baş verib.
Fövqəladə Hallar Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. İlkin məlumata əsasən, binanın havalandırma qurğusunda yağ qalıqları yanıb.