Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərasim evlərində çalışanlar işsiz qalıblar - VİDEO

Mərasim evlərində çalışanlar işsiz qalıblar - VİDEO

Tarix: 22 Dekabr 2021 14:54

Mərasim evlərinin sahibləri və işçiləri uzun müddətdir ki, bu zalların bağlı qalmasından şikayətçidir. Onların sözlərinə görə, mərasim evlərinin işləməməsi yas mərasimi keçirmək istəyənlərlə yanaşı, bu sahədə işləyənlərə də problem yaradır.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, mərasim evi sahibləri deyir ki, ilk qapanmadan bu günə qədər hansısa bir iş görərək qazanc əldə etməyiblər. Üstəlik, həm işçilər həm də obyekt sahiblərimim əlavə gəlir yeri yoxdur.

Mərasim evi sahibləri ilə yanaşı, orada xidmət edən işçilər də şikayətlərini dilə gətirir.

Yas mərasimlərini idarə edən din adamları isə mərasim evlərinin fəaliyyət göstərməsinin kiməsə zərəri olmadığını vurğulayırlar.

Şikayətçilər bildirir ki, mərasim evləri də karantin qaydalarına uyğun fəaliyyət göstərə bilərlər.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən etibarən karantin şərtləri nəzərə alınmaqla, şənlik mərasimlərinin keçirilməsinə icazə verib. Lakin mərasim evlərinin fəaliyyəti ilə bağlı qərar verilməyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Mərasim evlərində çalışanlar işsiz qalıblar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ