Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İçərişəhər''də evlərin fasad və eyvanları təmir olunacaq

''İçərişəhər''də evlərin fasad və eyvanları təmir olunacaq

Tarix: 30 Avqust 2019 11:42

Bakı. Ceyhun Ələkbərov - Trend:

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda evlərin fasad və eyvanları təmir olunacaq.

Trend-in məlumatına görə, bu barədə "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin Mənzil Kommunal Təmir xidməti tender elan edib.

Bununla yanaşı, idarənin mənzil fondunun əsaslı təmiri işlərinin aparılması ilə bağlı da tender elan olunub.

Xatırladaq ki, hazırda "İçərişəhər" qoruğunda Bakı Xanları Evi, onun ərazisində olan Xan Bağı və XVII əsrə aid edilən hamamın bərpa işləri aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İçərişəhərdə evlərin fasad eyvanları təmir olunacaq


RƏYLƏR