Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2021 16:48
Bakı şəhəri, S.Orucov küçəsində yaşayan sakinlər tərəfindən redaksiyamıza daxil olan şikayət məktubu əsasında onların problemini işıqlandırmaq üçün qeyd olunan ünvana yollandıq.
Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, onların narahatlığına səbəb isə rayon ərazisindəki baxımsızlıqdan acınacaqlı vəziyyətə düşən parkdır. Müsahiblərimiz bildirir ki, İzzət Orucova küçəsində yerləşən 1980-ci ildə salınan park o zaman paytaxtın ən görkəmli məkanı olub. Yasəmən gülləri, xan çınarı, həmişəyaşıl ağacları ilə göz oxşayan məkan bir vaxtlar əhalinin istirahətinə xidmət edirdisə, indi avtomobillərin parklama yerinə çevrilib.
Bilinməyən səbəblərdən də həmişəyaşıl ağaclar kökündən çıxarılaraq yerə düzülüb. Habelə digər ağaclarda da naməlum səbəblərdən artıq yavaş-yavaş quruma gedir. 2-3 ha-lıq ərazini əhatə edən parkın bir tərəfində katolik kilsə, bir tərəfində səfirlik binası, bir tərəfində isə rayon icra hakimiyyəti yerləşir. Şikayətçilər deyir ki, bu cür ərazidə yerləşən acınacaqlı vəziyyətdə olan park gündən-günə abadlaşdırılan paytaxtımızın adına xələl gətirir.
Problemlə bağlı Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bu məsələ ətrafında araşdırılma aparıldığını və dəqiqləşdirildikdən sonra məlumat veriləcəyini bildirdilər. mövzuya yenidən qayıdacayıq.