Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eyni binada fərqli mənzərə - Bəzi mənzillərdə daimi su var, bəzilərində yoxdur - VİDEO

Eyni binada fərqli mənzərə - Bəzi mənzillərdə daimi su var, bəzilərində yoxdur - VİDEO

Tarix: 23 Dekabr 2021 12:56

Bakının Binəqədi rayonu ərazisində 2 mərtəbəli yaşayış binasında bəzi mənzillərdə daimi su var, bəzilərində isə içməli su təminatında problemlər yaşanır. Sakinlər deyirlər ki, içməli su son günlər demək olar ki, ya verilmir, ya da gecə saatlarında verilir. Aidiyəti qurum məsələyə ayınlıq gətirib.

Bu sakinlərin hər biri içməli su sarıdan əziyyət çəkdiklərini bildirirlər. Yaşadıqları ünvan isə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Əli Məmmədov küç, 1A-dır. Onlar deyirlər ki, binada içməli su olsa da, sırf bir neçə mənzildə su ya olmur, ya da gecə gec saatlarda verilir.

Məsələ ilə bağlı ''Azərsu'' ilə əlaqə saxladıq. Qurumun Binəqədi rayon su-kanal idarəsinin baş mühəndisi Nemət İbrahimov əraziyə gələrək bildirdi ki, orada ümumilikdə su təchizatında problem yoxdur. Sadəcə həmin ərazidə fərdi qaydada xətlər çəkildiyi üçün bəzi sakinlər su problemi ilə qarşılaşırlar. 

Nemət İbrahimov dedi ki, əsaslı təmir işlərinə qədər həmin şəxslərin su xətlərinə qəza xidməti tərəfindən baxış keçiriləcək. Onların su təminatının yaxşılaşdırılması üçün tədbirlər görüləcək.

Milli.Az Xəzər Xəbərin hazırladığı sujeti təqdim edir:

Milli.Az


Etiketlər:  Eyni binada fərqli mənzərə Bəzi mənzillərdə daimi su var bəzilərində yoxdur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ