Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2021 17:15
Hər zaman açıq-saçıq geyimləri ilə gündəm olan müğənni Dilarə Kazımova bu dəfə də bütün diqqətləri üzərinə toplamağı bacarıb.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, sənətçi yolka oyuncaqlarını şam ağacına yox, saçlarına taxıb. Yeni görünüşündə kamera qarşısına keçən Kazımova fotosessiya etdirib.
O, şəkillərini sosial şəbəkə hesabında izləyiciləri ilə də bölüşüb. Dilarə şəkillərinə "Siz yolka bəzəmisiniz?" qısa şərhini əlavə edib.
Kazımovanın bu görüntüləri sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. İzləyicilərindən biri isə Kazımovanın məşhur müğənni Madonnanı təkrarladığını deyib.