Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2021 19:26
Ukrayna Ali Radasının ölkənin eks-prezidenti Pyotr Poroşenkonun "Avropa Həmrəyliyi" partiyasından olan deputatları hazırkı dövlət başçısı Vladimir Zelenski və onun tərəfdarlarının dövlətə xəyanət və terroru maliyyələşdirməsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər.
MilliAz bizim.media-ya istinadən xəbər verir ki, parlamentarilər Zelenskini Ukraynadakı enerji böhranında günahkar hesab edirlər.
"Vladimir Zelenskinin hakimiyyəti dövründə Ukrayna enerji müstəqilliyini itirdi və işğalçı ölkədən kömür almağa başladı", - partiyadan bildirib.
İki gün əvvəl Ukraynanın eks-prezidenti Pyotr Poroşenko bildirib ki, Ukraynanın hazırkı lideri Vladimir Zelenskinin hərəkətləri vətənə xəyanət üçün təhlil edilməlidir.