Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkimlər aşırı səviyyədə antidepressant təyin edirlər - London psixiatrlarından Xəbərdarlıq

Həkimlər aşırı səviyyədə antidepressant təyin edirlər - London psixiatrlarından Xəbərdarlıq

Tarix: 23 Dekabr 2021 21:27

Yüngül depressiyalarda pasiyentlərə dərhal antidepressant təyin etmək geniş hal alıb. Bu dərmanların ümumilikdə xəstəyə faydasından çox zərəri ola bilər.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu barədə Londonun universitet kollecinin psixiatrı Mark Xoroviç və farmasevt Maykl Uilkokun yeni elmi məqaləsində yazılıb.

Əgər söhbət çox da ağır olmayan depressiyadan gedirsə, həkimlər az antidepressant və qısa müddətə yazmalıdır. Çox elmi tədqiqatlar göstərib ki, bu preparatlar plasebo effekti göstərir, lakin əks təsirləri və zərərləri isə layiqincə dəyərləndirilmir.
Müəlliflər bildirir ki, son illər yeni nəsil antidepressantlar - serotonin ingibitorları və noradrenalinlər getdikcə daha çox insana təyin edilir və çox adamlar bu dərmanlardan asılı vəziyyətdədir.

Əslində bu dərmanların klinik sınaq tədqiqatlarında onların təhlükəsizliyi cəmi 6-12 həftə ərzində dəyərləndirilib. Halbuki insanlar illərlə dərmanı qəbul edir.

Antidepressant qəbulu plasebo qəbulundan praktiki olaraq heç də fərqlənmir.

Eyni zamanda neqativ təsirlər insanın sağlamlıq və həyat tərzini aşağı salır. Bu hallar geniş yayılsa da, bunun barədə adətən susurlar.

Hər 5 pasiyentdən biri gündüz yuxululuğu, ağızda qurulur, tərləmə, kökəlmə, seksual disfunksiya, beyin oyanıqlığı, ürəkbulanma, başgicəllənmədən əziyyət çəkir.


Etiketlər:  Həkimlər aşırı səviyyədə antidepressant təyin edirlər London psixiatrlarından Xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ