Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Klub prezidenti baş hakimə hücum etdi

Klub prezidenti baş hakimə hücum etdi

Tarix: 23 Dekabr 2021 21:38

Türkiyədə futbol klubunun prezidenti matçdan sonra baş hakimə hücum edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Super Liqanın 18-ci turunda baş tutan "Yeni Malatyaspor" - "Yukatel Kayserispor" (2:2) qarşılaşmasından sonra ev sahibi komandanın prezidenti Adil Gevrek meydana daxil olaraq hakim Hüseyn Göçekin üzərinə qaçıb.

Futbolçular və təhlükəsizlik əməkdaşları prezidentin hücumunun qarşısını alıblar. Hakim oyunun final fitindən sonra təxminən 20 dəqiqə meydandan çıxa bilməyib.

Milli.Az


Etiketlər:  Klub prezidenti baş hakimə hücum etdi


RƏYLƏR