Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Krımı deyirsiniz, bəs Kaliforniya kimin idi?"

Tarix: 24 Dekabr 2021 04:34

Biz açıq şəkildə bildirdik ki, NATO-nun şərqə doğru növbəti genişlənməsi qəbuledilməzdir. Yaxşı, burada nə anlaşılmır? Biz raketləri ABŞ sərhədlərinə yaxın yerləşdiririk? Xeyr. ABŞ öz raketləri ilə evimizə gəlib. Onlar artıq evimizin astanasındadırlar. Bəyəm evimizin yaxınlığında təhlükəli sistemlərin quraşdırılmamasını istəmək aşırı tələbdir? Burada qeyri-adi nə var?

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən ənənəvi mətbuat konfransında deyib.

"Biz raketlərimizi Kanada ilə ABŞ arasındakı sərhəddə və ya Meksika ilə ABŞ arasındakı sərhəddə yerləşdirsəydik, amerikalılar buna necə reaksiya verərdilər? Bəs, Meksika və ABŞ-ın heç vaxt ərazi problemi olmayıb? Daha əvvəl Kaliforniya kimin mülkiyyətində idi? Bəs Texas? Unutmusunuz? Yaxşı, hər şey sakitləşdi və heç kim bu barədə Krımı xatırladığı qədər xatırlamır", - deyə Putin qeyd edib.

Milli.Az


Etiketlər:  Krımı deyirsiniz bəs Kaliforniya kimin idi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ