Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2021 12:25
"Mən cənab prezidentimizi doğum günü, yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm. Ona ailəsi ilə bir yerdə möhkəm can sağlığı arzulayıram. 100 yaşasın, ən əsası da sağlam olsun. İstəyirəm onun ürəyində olan arzularının hamısının Allah mətləbini versin. O bizim torpaqlarımızı azad etdi, onun sayəsində 30 il həsrətində olduğum vətənimə ayaq basa bildim. Mən İlham Əliyevlə qürur duyuram, fəxr edirəm. Onun bütün çıxışlarını izləyirəm və fəxr edirəm ki, mənim prezidentim həm gözəl siyasətçidir, həm diplomatdır, hər şeyi bacaran şəxsiyyətdir. Ən əsası ulu öndər Heydər Əliyevin oğludur, bizə, Azərbaycan xalqına dəyərli sərvətidir"
Sonxeber.net xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Firəngiz Mütəllimova deyib. O daha sonra əlavə etdi.
"O Azərbaycanın tarix yazan sərkərdəsidir. Görün neçə illərdir Azərbaycanın işğal olunan torpaqları azad edilmirdi, bunu ilk edən bizim prezidentimiz oldu. Allah onu xalqımızın üstündən əskik etməsin.Mən öz vətənimdən, yurdumdan ailəmlə qaçqın düşəndə şəxsən məni ilk sevindirən möhtərəm cənab prezidentimiz, onun rəhmətlik atası, Mehriban xanım olub. Mən bu ailədən hər zaman özümə qarşı nəvaziş, diqqət, qayğı görmüşəm. Prezidentimizin verdiyi evdə yaşayıram, onun fərdi təqaüdçüsüyəm. Bir sənətkar üçün, 40 ilə yaxın teatrda çalışan bir aktrisa üçün bundan böyük xoşbəxtlik ola bilməz! Mən cənab prezidentimizi həqiqətən də çox istəyirəm. Bu gün bütün dünya, bütün ölkələr elə məhz prezidentimizə, Azərbaycan olduğumuza görə bizə paxıllıq edirlər. Bax biz hər zaman bu cür zirvələrdə olaq. Başımızın üstündə də Ali Baş Komandanımız olsun. Cənab prezidentin rəhbərliyi ilə bu gün işğaldan azad olunan torpaqlarda abadlıq işləri görülür, yollar çəkilir, işıqlar qurulur, sular çəkilir. İnşallah quruculuq işlərindən sonra hər birimiz öz doğma yurdumuza qayıdıb, qaldığımız yerdən həyata davam edəcəyik. Allah o günləri bizə yenidən qismət etsin. Ən böyük arzum Şuşadakı evimizdə prezidentlə görüşməkdir" deyə aktrisa bildirib.