Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Biri koronavirusa yoluxdu, digəri ayağını incitdi - Bəlalı tamaşa

Biri koronavirusa yoluxdu, digəri ayağını incitdi - Bəlalı tamaşa

Tarix: 24 Dekabr 2021 17:25

Akademik Milli Dram Teatrında "Nizami Gəncəvi İli" çərçivəsində hazırlanmış "İsgəndərə yeni namə" tamaşası növbəti dəfə nümayiş etdirilib.

Milli.Az Olay-a istinadən xəbər verir ki, dekabrın 18-i premyerası olan səhnə əsərininquruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, ədəbi əsərin müəllifi İlqar Fəhmidir.

Yazıçı-dramaturq İlqar Fəhminin Nizami Gəncəvinin "İsgəndərnamə" poemasının motivləri əsasında tərtib etdiyi yeni ədəbi əsas - "İsgəndərə yeni namə" poemasının xəyali sequelidir. Tamaşada poemadakı hadisələr xətti alternativ istiqamətdə davam etdirilir. Bəlli olduğu kimi, invariantda İsgəndər Zülqərneynə dirilik suyunu içmək qismət olmur, Xızır dirilik suyunu içib qiyamətə qədər qeybə çəkilir. İsgəndər isə dünyadan köçür.

Poemadan fərqli olaraq, tamaşada makedoniyalı İsgəndər dirilik suyunu tapıb içir. Tamaşanın əsas hadisələr xətti İsgəndərin əbədi həyat qazanmasından sonra baş verən faciələr, xəyanətlər, sui-qəsdlər, qanlı olaylar üzərində qurulub.

Vahid dövlət ideyasının, Yer kürəsini bir qütbdən idarə etmək iddiasının aqibətini təsvir edən tamaşanın yaradıcılarına görə, insan ədəbi həyatın yükünü çəkə bilməz, çünki insan Tanrı deyil.

Milli.Az


Etiketlər:  Biri koronavirusa yoluxdu digəri ayağını incitdi Bəlalı tamaşa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ