Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclisin keçmiş deputatı Rusiyada 2 milyardlıq sanatoriya açdı - FOTO

Milli Məclisin keçmiş deputatı Rusiyada 2 milyardlıq sanatoriya açdı - FOTO

Tarix: 25 Dekabr 2021 07:52

Rusiyanın Jeleznovodsk şəhərində Qafqaz Mineral Sularının ən böyük kurortlarından biri olan beşulduzlu "İstoçnik Jeleznovodsk" sağlamlıq kurortu açılıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Sanatoriya üç il ərzində şəhərin mərkəzindəki yarıqəzalı binaların yerində tikilib. Yataq tutumu 500 çarpayıya qədərdir. Layihəyə qoyulan ümumi investisiyanın həcmi 2 milyard rubl qiymətləndirilir.

Stavropol qubernatorunun mətbuat xidmətinin məlumatına görə, sanatoriya xarici investisiyalar hesabına tikilib - layihəni Azərbaycandan olan şirkətlər həyata keçirib. Açılışda layihənin investoru sabiq deputat, azərbaycanlı biznesmen Əsabil Qasımov iştirak edib.

O da bildirilib ki, sanatoriya müasir müalicəvi və spa avadanlığı ilə təchiz olunub. Sanatoriya kompleksinin müxtəlif istirahət infrastrukturu təchiz edilib. Sanatoriya geniş spektrli xroniki xəstəliklərin müalicəsini həyata keçirəcək. Burada mədə-bağırsaq traktının, dəstək və hərəkət orqanlarının, tənəffüsün, metabolik pozğunluqların və s. müalicə olunacaq. Bundan əlavə, klassik və innovativ balneoterapiya və palçıq terapiyasının tətbiqi nəzərdə tutulur.

Əsabil Qasımov 2016-ci ildə Yessentukidə 1.5 milyard rubl investisiya hesabına 400 yerlik "İstoçnik" sanatoriyasını açmışdı.


Etiketlər:  Milli Məclisin keçmiş deputatı Rusiyada milyardlıq sanatoriya açdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ