Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2021 13:46
Böyük Britaniyada koronavirusun "Omikron" variantına görə hökumətin Miladdan əvvəl elan etdiyi yeni məhdudiyyətlər Baş nazir Boris Consonun ofisiant qızına da təsir edib.
Boris Consonun ofisiant işləyən 24 yaşlı qızı hökumətin son vaxtlar qəbul etdiyi koronavirus məhdudiyyətlərinə görə işindən olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Kassia Piçs Conson Viller britaniyalı nazirin ikinci arvadı vəkil Marina Villerdən olan qızıdır.
Ailəyə yaxın mənbələrə əsaslanan xəbərdə qeyd edilir ki, Londonda məşhur bir restoranda (Sessions Arts Club) ofisiant işləyən Kassia qısa müddət də olsa, işsiz qalıb.
Restoranda çalışan bir işçi deyib: "Atanız baş nazir olanda iş yerində normal insan kimi davranmaq kifayət qədər çətindir, amma hamı səni qonaqpərvərliyindəki uğursuzluqlara görə günahlandıranda daha da çətinləşir - və üstəlik, sən öz işini itirirsən".