Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ulduz futbolçuların zəngin xanımları: "İnstagram"dan pul qazanırlar - FOTOlar

Ulduz futbolçuların zəngin xanımları:

Tarix: 25 Dekabr 2021 14:50

Zəngin futbolçu xanımları barədə araşdırma aparılıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, onların "İnstagram" hesablarındakı reklamlardan əldə etdikləri gəlirləri hesablayan "101greatgoals" adlı sayt maraqlı nəticələr ortaya qoyub. Məlum olub ki, bəzi ulduz futbolçuların xanımları onların özündən çox qazanır.

Devit Bekhemin xanımı Viktoriya Bekhem "İnstagram" sərvəti hesabına siyahısında birinci olub.

29,2 milyon izləyicisi olan modelyer sosial şəbəkədəki hesabından yayımladığı hər reklamdan 877 min funt sterlinq qazanır.

Siyahıda ikinci yerdə  "Mançester Yunayted"də çıxış edən ulduz futbolçu Kriştianu Ronaldunun rəfiqəsi model Corcina Rodrigez qərarlaşıb.

"İnstagramda" 28,7 milyon izləyicisi olan Rodrigez platformada yerləşdirmək üçün hər elana görə təxminən 870 min funt sterlinq tələb edə bilər. Bu, klubundan həftədə 350 min funt sterlinq alan Ronaldudan daha çox qazandığını ortaya qoyur.

Siyahıda üçüncü yerdə "Liverpul"un futbolçusu Aleks Oksleyd-Çemberleynin rəfiqəsi, müğənni Perri Edvards qərarlaşıb.

Edvardsın 13,8 milyon izləyicisi olan "İnstagram" hesabı hər bir reklamdan 413 min funt sterlinq qazanmaq potensialına malikdir.

"XLMedia"nın sosial media üzrə eksperti, marketinq eksperti Dominik Çelika araşdırmanı belə şərh edib: "Nəzərə alsaq ki, bir "İnstagram" postu, televiziya reklamından fərqli olaraq, qaçırılma riski daşımır və 30 saniyədən çox davam edir, bu, marketinqin ideal formasıdır və göründüyü kimi, xeyli qazanc gətirir".

Milli.Az


Etiketlər:  Ulduz futbolçuların zəngin xanımları İnstagramdan pul qazanırlar FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ