Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yatarkən orqanizmdə hansı proseslər gedir? - Həkim endokrinoloq

Yatarkən orqanizmdə hansı proseslər gedir? - Həkim endokrinoloq

Tarix: 25 Dekabr 2021 22:36

Biz yuxudaykən bədənimiz dincəlir, orqanizm yenilənir və 4 mərhələdən keçərək bərpa olunur.

Milli.Az aztibb.az-a istinadən bildirir ki, həkim endokrinoloq Fərhad Burzu insanlarda yuxunun vacibliyindən danışarkən belə deyib.

Həkimin sözlərinə görə, körpələrin daha çox yuxuya ehtiyacı var. Uşaqlar böyüdükcə yuxu saatları azalır. Böyüklərin əsasən 7-9 saat yuxuya ehtiyacı var. Yaşlıların yetkinlərə nisbətən daha az yuxu ehtiyacları olması yanlış fikirdir. Onların yuxusu yüngül olur və səhər daha tezdən ayılırlar. Adətən gecə kifayət qədər yata bilməyəndə onun əvəzini günorta yatmaqla almaq olar.

Yatarkən orqanizmdə aşağıdakı proseslər gedir:

- immun sistemi güclənir.

- emosional vəziyyət güclənir.

- əhval yaxşılaşır və stres azalır.

- yaddaş funksiyası yaxşılaşır.

- hüceyrələr artır.

- toxuma və əzələlər bərpa olunur.

- metabolizm daha normal həyata keçir.

Bəs insan yuxusunu tam almadıqda nə baş verir?

Yuxumuzun 1-2 saatını belə almasaq, bu, bizim gün ərzində əhval-ruhiyyəmizə öz təsirini göstərir və uzun müddət davam etdikdə aşağıdakı daha ciddi ağırlaşmalarla qarşılaşa bilərik:

Konsentrasiya pozulması və diqqətsizlik

Yaddaşsızlıq

Gec reaksiya vermək

Motivasiyasızlıq

Kapriz göstərmək, tez özündən çıxmaq

Çox əsnəmək

Gün ərzində yuxulu halı

Bu şikayətlərə çox diqqət etmək lazımdır, əgər hər gün təkrarlanarsa, sonralar çox ciddi ağırlaşmalara yol aça bilər.

Diabet

Depressiya

Ürək xəstəlikləri

Yüksək qan təzyiqi

İmmun sisteminin zəyifləməsi

Piylənmə

Yuxu mərhələləri

Ortalama bir yuxu tsikli 90 dəqiqə davam edir. Sutkada təxmini insana 4-6 yuxu tsikli lazımdır ki, orqanizm tam dincəlmiş və gümrah şəkildə oyansın. Hər tsikldə 4 mərhələ mövcuddur, onlardan 3-ü "hərəkətsiz gözlər" (NREM) mərhələləri və biri "gözlərin tez tez hərəkətləri" (REM) mərhələsi.

"Yuxusuzluq problemi varsa, gecə yuxuya gedə bilmirsinizsə və ya gecə ərzində bir neçə dəfə oyanırsınızsa, mütləq həkimə müraciət edin

Çünki bu problemi vaxtında müalicə etdirməsəniz, çox daha ciddi xəstəliklərlə qarşılaşa bilərsiniz", - deyə həkim əlavə edib.

Milli.Az


Etiketlər:  Yatarkən orqanizmdə hansı proseslər gedir Həkim endokrinoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ