Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda saxta pul çap edən sevgililər ələ keçdi - Ətraflı VİDEOda

Azərbaycanda saxta pul çap edən sevgililər ələ keçdi - Ətraflı VİDEOda

Tarix: 26 Dekabr 2021 09:32

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər tutulub.

Sonxeber.net xəbər verir ki, dekabrın 23-də iki nəfər taksi sürücüsünə və çörək sexinə 20 manatlıq saxta əsginaslar verilməsi barədə DİN-in "102" Zəng Mərkəzinə, eləcə də polis şöbəsinə müraciətlər daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Şamil Musayev və Ağdam şəhər sakini İlahə Məmmədova saxlanılıb.

İlahə Məmmədovanın mingəçevir şəhərində kirayədə yaşadığı mənzilə baxış keçirilən zaman oradan printer avadanlığı və ümumilikdə 49 ədəd 50, 20, 5, 1 manatlıq saxta əsginaslar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində saxta pul dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.

Rayon sakini polisə müraciət edərək "Mal bazarı" adlanan ərazidə xırdabuynuzlu heyvanları satdıqdan sonra ona verilən pullardan 13 ədəd 200 manatlıq və 1 ədəd 100 manatlıq əsginasların saxta olduğu barədə məlumat verib.

Daxil olmuş məlumat əsasında keçirilmiş tədbirlərlə saxta pul dövriyyəsində şübhəli bilinən şəxsin Ağdam rayon sakini Elmir Süleymanov olduğu müəyyən edilib.Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində adıçəkilən şəxslərin izahatları alınıb, müvafiq ekspertiza təyin olunub, istintaq davam etdirilir.


Etiketlər:  Azərbaycanda saxta çap edən sevgililər ələ keçdi Ətraflı VİDEOda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ