Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2021 10:04
Myanmanın şərqindəki Karen ştatında yerləşən kəndlərin birinin yaxınlığında uşaqlar da daxil olmaqla ən azı 35 nəfərin yanmış meyitinin qalıqları tapılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə "Myanmar NOW" nəşri "Karen Milli Birliyi" (KNU) silahlı etnik qrupunun nümayəndələri və yerli sakinlərə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, hadisə yerində ilk olaraq yanan avtomobillərdən qatı tüstünün çıxdığı müşahidə olunub, lakin güclü alov səbəbindən insanların qalıqlarını tapmaq dərhal mümkün olmayıb.
KNU rəsmiləri insidenti cümə günü (24 dekabr - Red) ərazidə olan Myanma hərbçilərinin üzərinə atıb. Hələlik ölən insanların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.