Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2021 10:12
İstifadə müddəti bitmiş bank kartını sadəcə atmaq olmaz, ondan əvvəl onu kəsmək lazımdır.
Sonxeber.net Publika.az-a istinadən xəbər verir ki, bu barədə "PG Partners" hüquq firmasının baş idarəedici partnyoru Peter Qusyatnikov danışıb.
"Prime" agentliyi ilə söhbətində ekspert izah edib:
"Kartı kəsmək lazımdır ki, fırıldaqçılar kartda saxlanan məlumatlara, məsələn, hesab nömrəsinə çıxış əldə etməsinlər. Məlumatda rəqəmsal və əlifba kodları, maqnit zolağı və holoqramlar var. Onları məhv etmək lazımdır".
"Əgər siz artıq kartdan istifadə etmək niyyətində deyilsinizsə, o zaman onun bağlandığı hesab bağlanmalıdır, xüsusən də kart kredit kartıdırsa", - Qusyatnikov bildirib.
Vkil izah edib ki, əks təqdirdə hesaba xidmət şərtləri avtomatik olaraq uzadıla bilər və sonra siz onun xidmət haqqını ödəməli olacaqsınız. Hesabda pul yoxdursa, cərimələr tutulacaq.