Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızının COVID-19-a yoluxmasını öyrənən İsrailin baş naziri hökumətin iclasını dərhal tərk edib

Qızının COVID-19-a yoluxmasını öyrənən İsrailin baş naziri hökumətin iclasını dərhal tərk edib

Tarix: 26 Dekabr 2021 18:54

İsrailin baş naziri Naftali Bennett qızının koronavirus testi müsbət çıxdıqdan sonra özünü təcrid edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə RİA Novosti-yə hökumət başçısının mətbuat katibi Anna Yonatan-Leus bildirib.

Mətbuat katibi deyib ki, hökumətin iclası zamanı baş nazir qızının koronavirus testinin müsbət çıxdığını öyrənib: "Baş nazir dərhal iclası tərk edib. Hazırda hökumətin iclasına ədliyyə naziri Gideon Saar sədrlik edir".

Bennett PCR testindən keçəcək və qızı ilə birlikdə özünü təcrid edəcək.


Etiketlər:  Qızının COVID yoluxmasını öyrənən İsrailin baş naziri hökumətin iclasını dərhal tərk edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ