Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2021 14:28
Tovuz rayonunun Qovlar şəhərinin Azadlıq prospektindəki yataqxana tipli bina istilik sistemi üçün mavi yanacaqla təmin edilməyib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər məcburiyyətdən həyətdə qırılan odunları beşmərtbəli binadakı mənzillərə daşıyır.
Sakinlər soyuq qış gecələrini bu cür keçirirlər. Odunun təminatı isə 500-600 manata başa gəlir.
"Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov mövzu ilə bağlı "Xəzər Xəbər"ə bildirib ki, bina SSRİ vaxtında tikilib və istismar müddətini başa vurmuş hesab olunur. Bu bina layihələndirilərkən burada qaz təhcizatı nəzərdə tutulmayıb.Buna görə də həmin binaya yenidən mavi yanacağın verilməsi üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyi lazımdır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva isə deyib ki, qanunverciliklə yataqxana tipli binalarına qaz verilməsi nəzərdə tutulmur. Sözügedən binanın qazlaşdırılması ilə bağlı "Azəriqaz" tərəfindən layihə hazırlanaraq FHN-ə təqdim edilməlidir.Yalnız bundan sonra layihəyə baxılaraq müvafiq rəy veriləcək.
Tovuz Rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi Mübariz Məmmədov isə bildirib ki, əvvəllər yataqxana kimi tikilən bina sonradan fərdi sahibkar, mənzilləri isə sakinlər tərəfindən özəlləşdirib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: