Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kaliforniyada rekord həcmdə qar yağıb

Kaliforniyada rekord həcmdə qar yağıb

Tarix: 28 Dekabr 2021 09:02

ABŞ-ın Şimal-Qərb ərazilərində çovğun qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Kaliforniya ştatının dağlıq ərazilərinə sutka ərzində 1 metrdən çox qar yağıb.

Syerra Nevada dağlarında qarın hündürlüyü 492 santimetrə çatıb ki, bununla da 1970-ci ildə qeydə alınmış rekord yenilənib. Həmin ilin dekabrında qar təbəqəsinin qalınlığı 455 sm olmuşdu. Sinoptiklər gün ərzində daha 30 sm qalınlıqda qar yağmasını proqnozlaşdırıblar.

Çovğun qonşu Oreqon və Vaşinqton ştatlarında da həyatı iflic edib. 300-dən çox təyyarə reysi ləğv edilib, 400-dək reys gecikib. Bir çox yaşayış məntəqəsinin elektrik təchizatında fasilələr yaranıb, nəqliyyatın işi çətinləşib.

Milli.Az


Etiketlər:  Kaliforniyada rekord həcmdə qar yağıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ