Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2021 14:20
Aktyor Elməddin Cəfərov kiçik oğlu Rihatla "Ana kimi" proqramına qonaq olub.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, veriliş zamanı Rihat aparıcı Oksanan Rəsulovanın suallarını cavablandırıb. O, "Sən də atan kimi aktyor olmaq istəyərsən?" sualına belə cavab verib:
"Xeyr, mənim şəxsən aktyor olmaq planım yoxdur. Allah uzaq etsin, işlərim alınmasa, yolunda getməsə, atamın yanına gələ bilərəm".
Bu zaman Elməddin övladının cavabını belə şərh edib: "Deyir ki, hə, Allah uzaq etsin, aktyor da ola bilərəm!"
Qeyd edək ki, aktyorun iki övladı var. Onun böyük oğlu Nihat bir müddət əvvəl xarici universitetlərdən birinə qəbul olub.