Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Apple iPhone 14 Pro təkmilləşəcək

Apple iPhone 14 Pro  təkmilləşəcək

Tarix: 28 Dekabr 2021 22:56

Apple şirkətinin bir neçə ay bundan öncə iPhone 13 seriyasını təqdim etməsinə baxmayaraq internetdə artıq iPhone 14 seriyası barəsində məlumatlar ortaya çıxır. Beləliklə verilmiş yeni məlumata əsasən Apple gələn ilki iPhone modellərinin kamera və RAM göstəricilərini təkmilləşdirməyi planlaşdırır. Macrumors saytının verdiyi məlumata əsasən iPhone 14 Pro və 14 Pro Max modellərinin arxa kamera sistemlərindəki əsas obyektiv 48 MP-lik olacaq. Bununla belə teleobyektiv ilə ultragenişbucaqlı obyektivin hər biri 12 MP-lik olaraq qalacaq.

Məlumatda qeyd edilib ki, smartfonların əsas kamera obyektivlərinin 48 MP-lik olmaları öz növbələrində smartfonlara 8K keyfyyətində videoların çəkilməsi imkanını verəcəklər. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, iPhone 14 Pro modelləri 8 GB RAM ilə təchiz olunacaqlar. Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan iPhone 13 Pro modelləri 6 GB RAM ilə təchiz olunurlar. Apple şirkətinin adi iPhone 14 modellərinin RAM göstəricilərinin 4 GB-dan 6 GB-a yüksəldib-yüksəltməyəcəyi barəsində bir məlumat yoxdur. Həmçinin gələn ilki bütün iPhone 14 modellərinin ekranlarının 120 Hz-lik təsvir yenilənməsinə sahib olacaqları gözlənilir.

Milli.Az


Etiketlər:  Apple iPhone 14 Pro təkmilləşəcək


RƏYLƏR