Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya-ABŞ dialoqu: nələr müzakirə ediləcək?

Rusiya-ABŞ dialoqu: nələr müzakirə ediləcək?

Tarix: 29 Dekabr 2021 10:48

Yanvarın 10-da keçiriləcək ABŞ-Rusiya danışıqlarında hər iki tərəfin narahatlıqları müzakirə olunacaq, lakin ABŞ açıq dialoq və diplomatiya kanallarının potensialına ümid edir.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

"Biz danışıqlar masası arxasına əyləşəndə şübhəsiz ki, öz narahatlığımızı buna yönəldəcəyik. Düşünürəm ki, ruslar da bunu edəcək", - Prays bildirib.

O vurğulayıb ki, ABŞ müttəfiqləri və tərəfdaşları ilə bağlı məsələləri onların iştirakı olmadan müzakirə etməyəcək:

"Bizim razılaşacağımız və əminəm ki, razılaşmayacağımız məsələlər olacaq. Diplomatiyanın mahiyyəti budur. Dəfələrlə qeyd etdiyimiz kimi, açıq diplomatiya kanalları konstruktiv potensiala malikdir, çünki biz Ukraynada və onun ətrafında münaqişə riskini azaltmağa çalışırıq".

Qeyd edək ki, yanvarın 10-da Rusiya-ABŞ danışıqları, ardınca isə NATO-Rusiya Şurasının və ATƏT-in iclasları keçiriləcək.


Etiketlər:  Rusiya ABŞ dialoqu nələr müzakirə ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ