Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Spirtli içki üçün ən yaxşı “zakuska” açıqlandı

Spirtli içki üçün ən yaxşı “zakuska” açıqlandı

Tarix: 29 Dekabr 2021 11:38

Alkoqollu içkilərlə birlikdə istifadə üçün ən uyğun qəlyanaltı kartof püresidir.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Səhiyyə Nazirliyinin və Moskva Səhiyyə Departamentinin baş ştatdankənar psixiatr-narkoloqu Yevgeni Brun bildirib.

O, öz seçimini kartof püresinin alkoqolun qana sovrulması prosesini ləngitməsilə izah edib.

Ekspert həmçinin, spirtli içkilərin şirniyyat və qazlı içkilərlə birlikdə istifadəsini təhlükəli adlandırıb.

O, həmçinin Yeni il gecəsi üçün aşağı dərəcəli yüngül içkilər, xüsusən də quru ağ şərab seçməyi məsləhət görüb və içkinin dərəcəsini artırmağın sağlamlıq üçün zərərli olduğunu xatırladıb.

Yevgeni Brun bayramlarda daha aktiv olmağı, daha çox rəqs etməyi, gəzməyi, qartopu oynamağı tövsiyə edərək, hərəkətsizliyin sərxoşluğu artırdığını qeyd edib.


Etiketlər:  Spirtli içki üçün yaxşı zakuska açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ