Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2021 12:25
Moda redaktoru Klemmi Fildsend ənənəvi olaraq bitmək üzrə olan ilin ən dəbli ulduzunu seçib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onun fikrincə bu il qırmızı xalının ən dəbli ulduzu adına məşhur amerikalı aktrisa, müğənni və model Zendaya layiq olub.
Qeyd edək ki, Hollivud ulduzu "Dune" və "Spider-Man: No Way Home" filmlərinin nümayişi zamanı çoxsaylı dizayner geyimləri ilə göz qamaşdırıb.
Yeri gəlmişkən, 25 yaşlı aktrisa noyabr ayında da dəbli görünüşünə görə nüfuzlu "CFDA Fashion Icon Of The Year" mükafatını alıb.