Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəstəxanada HADİSƏ: Tüfənglə gələn həkim atəş açdı - FOTO

Xəstəxanada HADİSƏ: Tüfənglə gələn həkim atəş açdı - FOTO

Tarix: 29 Dekabr 2021 12:56

Rusiyanın Stavropol vilayətinin Svetloqrad şəhərində sərxoş həkim xəstəxanada dava salıb.

O, eyni xəstəxananın həkimi olan keçmiş arvadı ilə məişət məsələsini həll etməyə çalışıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, tüfənglə xəstəxanaya daxil olan 36 yaşlı cərrah-anestezioloq otaqlardan birinə girərək atəş açıb. Xoşbəxtlikdən, xəsarət alan olmayıb; bütün güllələr divara və tavana tuş gəlib. Bundan sonra həmin şəxs silahı divanın altında gizlədib.

Hüquq-mühafizə orqanları çox çevik reaksiya verib, təhlükəli vətəndaş saxlanılıb.

Vəziyyətin nəzarət altında olduğu bildirilir. Hadisənin baş vermə şəraiti aydınlaşdırılır, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Etiketlər:  Xəstəxanada HADİSƏ Tüfənglə gələn həkim atəş açdı FOTO


RƏYLƏR