Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

11 il sonra yenidən gündəm oldu

11 il sonra yenidən gündəm oldu

Tarix: 29 Dekabr 2021 13:00

Təkrar bölümləri ilə yenidən ekrana gələn "Aşkı memnu" serialı ötən gün yayımlanan təkrar finalı ilə yenidən gündəm olub.

Sonxeber.net Olay-a istinadən xəbər verir ki, baş rollarında Beren Saat və Kıvanç Tatlıtuğun oynadığı layihə barədə "Twitter"də minlərlə tvit yazılıb.

Qeyd edək ki, "Aşkı memnu" serialı 2008-2010-cu illərdə yayımlanıb. Final bölümü ilə televiziya tarixinin ən yüksək izlənmə rəqəmi yığan serialı kimi tarixə keçib. Bundan başqa, 2009-cu ildə ən çox şikayət edilən serial olub.

Orijinal versiyası dünyanın 32 ölkəsinə satılıb. Həmçinin, Amerikada ispan dilində yayımlanan "Telemundo" kanalı da serialın ssenarisini alaraq "Pasion Prohibida" adı ilə yenidən çəkib.

Rumıniyanın məşhur televiziya kanalı "Antena 1" isə "Fructul Oprit" (Yasaq meyvə) serialının ssenarisini "Aşkı memnu"dan kopyalayıb.

Onu da bildirək ki, baş rol ifaçısı Beren Saat illər keçsə də, hələ də Bihter obrazını unuda bilmir. O bu barədə müsahibələrinin birində fikrini belə ifadə edir:

"Bihterin dəyişkən əhvalı üçün darıxıram. Çox rəngli idi. Əhvalı tez-tez dəyişirdi. Məni əyləndirirdi. Həyatımın ən önəmli obrazıdır. Ondan çox şey öyrənmişəm.

Bihterin əsəbiləşdiyi bir səhnəm var idi. Bütün günümə təsir etdi. Yuxumu, reaksiyamı dəyişdirdi. Bihter məni yaşamadığım hisslərlə tanış etdi, inanılmaz idi.

Çəkilişlərdə bir gün belə "Bu səhnəni çəkməyək", "O paltarı geyinmirəm" demədim. Həyatımda Bihter qədər dekolteli libaslar geyinmirəm, makiyaj etmirəm, onun kimi davranmıram. Amma Bihteri oynamağı çox sevdim. Çünki o, ədəbiyyatın xüsusi bir qadın obrazıdır. Hər dəfə müxtəlif cür təqdim olunsa da, səs-küy yaradır".


Etiketlər:  sonra yenidən gündəm oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ