Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2021 19:20
Bakıda müxtəlif ərazilərdə 17-20 ci əsrlərdə inşa olunan tarixi binaların fasad və digər hissələrinə vurulan reklam löhvələrinin sökülməsinə başlanılıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu məqsədlə pilot layihənin icrasına başlayıb.
Xidmətin müraciəti əsasında Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən paytaxtda tarixi abidələrin üzərindəki qanunsuz reklam lövhələri sökülüb.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin sözlərinə görə, bu işlərin görülməsində məqsəd tarix-memarlıq abidələrinin fasadı, dam örtükləri və digər hissələrinə qanunsuz müdaxilələrin qarşısını almaq, tarixi abidələri ilkin görkəminə qaytarmaqdır.
Azad Cəfərli bildirib ki, pilot layihə çərçivəsində aparılan monitorinqlər zamanı təkcə tarixi binaların fasad hissələrinə qanunsuz reklam löhvələrinin vurulması halı deyil, digər problemlər də ortaya çıxıb. Əməkdaşlar tərəfindən dərhal həmin problemlər aradan qaldırılıb.
Qurum rəhbəri onu da qeyd edib ki, monitorinqlər təkcə Bakıda yox, bundan sonra regionlarda da davam etdiriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: