Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''2021-ci il mənim üçün bir ələk ili oldu''

''2021-ci il mənim üçün bir ələk ili oldu''

Tarix: 30 Dekabr 2021 14:25

"2021-ci ilin gəlişinə və gedişinə xoş diləklərimi bildirirəm. Çox şükür ki, həyatımızdan xoş gedir. Ona görə xoş ki, həyatımızda bizim üçün ən önəmli olan doğmalarımız, sevdiklərimizdir. Allah onları bizə çox görməsin. 2021-ci il mənim üçün bir ələk ili oldu, həyatımdan çox şeylər ələndi, çox şeylər qaldı. Həm istədiklərim oldu, həm də istəmədiklərim. Ancaq şükür Allahın yazdığı qismətə. Çünki həyatımızda "istəyərdik olsun"-dan da daha xeyirlisi oldu bizim üçün. Nələr bizim üçün xeyirlidir, onu biz deyə bilmərik. Amma yaşadıqlarımızdan, başımıza gələnlərdən sonra yalnız onu görürük ki, bizim həyatımızda istəmədiklərimiz, başımıza gələnlər bizim üçün daha xeyirlidir".

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist, xanəndə Fərqanə Qasımova bildirib. O daha sonra əlavə edib:

"2022-ci ildən gözləntilərim çoxdur. Yenə də deyirəm əsas doğmalarımız yanımızda olsun. Əbədi ayrılıqlar olmasın, qalan hər şey düzələndir. 2022-ci il bütün xalqımız üçün sağlamlıqla dolu il olsun. Bu dünyada bir şeyi anladım ki, Allahdan qorxmayan insandan həqiqətən də qorxmaq lazımdır. Çünki bir insanın həyatda nədənsə qorxacağı, nədənsə sevgisi, dəyər verəcəyi varlıq yoxdursa, həqiqətən də o insanın qorxacaq bir heç nəyi yoxdur deməkdir. Allah bizi elə insanlardan uzaq etsin, qarşılaşdırmasın. Allahından qorxan, sevən, dəyər verən insanlarla rastlaşdırsın. Çünki o insanlardan sənə heç vaxt zərər gəlməz", - deyə əməkdar artist bildirib.


Etiketlər:  2021 mənim üçün ələk oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ