Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2021 21:36
Son zamanlarda bir sıra ölkələrdə tibbi adı ensefalit olan epidemiya ortaya çıxıb və ciddi insan itkiləri ilə nəticələnir. Beyin funksiyalarını pozaraq qalıcı ziyana səbəb olan bu xəstəlik yaşından, cinsindən, coğrafiyasından asılı olmayaraq bir çox səbəblərə görə inkişaf edə bilər.
Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, virus və viral infeksiyaların səbəb olduğu bilinən ensefalit dəridəki açıq yaralardan belə qan və sidik yolları ilə bədənə daxil olma xüsusiyyətinə malikdir. Bədənə daxil olan viruslar və infeksiyalar beyin toxumasında yerləşir, iflic, insult, yaddaş itkisi, görmə və eşitmə pozğunluğu kimi qalıcı zədələrə səbəb olur.
Ensefalitə peyvənd edilməmiş meyvə və tərəvəzlər səbəb ola bilər. Digər səbəblər arasında qeyri-düzgün gigiyena şərtləri, zəif immunitet sistemi, dəridə kəsik və ya yara kimi açıq sahənin olması, peyvənd edilməmiş heyvanların dişləməsi və s. yer alır.