Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cəlilabadda qanunsuz ov edənlər paytaxt sakinləri saxlanılıb

Cəlilabadda qanunsuz ov edənlər paytaxt sakinləri saxlanılıb

Tarix: 31 Dekabr 2021 14:08

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Bakı şəhər sakinləri N.Qasımov və E.Fətəliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Onlardan 1 ədəd "Hatsan" markalı, 1 ədəd "Turac" markalı ov silahları və qanunsuz olaraq ovlanmış çöl heyvanları aşkarlanıb.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Milli.Az


Etiketlər:  Cəlilabadda qanunsuz ov edənlər paytaxt sakinləri saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ