Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vladimir Qorriker vəfat edib

Vladimir Qorriker vəfat edib

Tarix: 31 Dekabr 2021 14:56

Məşhur rus rejissoru Vladimir Qorriker vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, rejissor bu gün 96 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vladimir Mixayloviç Qorikker 1925-ci ildə Moskvada anadan olub.
O, "Daş qonaq", "Çar gəlini", "Ekran ulduzu", "Monmartrın damları altında", "Payız zəngləri", "Gümüş revyu" operalarına quruluş verib.

1990-cı illərin əvvəllərində yaradılmış "Kino və musiqi" studiyasının bədii rəhbəri olub, burada öz ssenarisi üzrə "Boris Qodunov" və "Cülyetta və Romeo" filmlərini çəkib.
Xatırladaq ki, Vladimir Qorriker 1970-ci ildə "Azərbaycanfilm" kinostudiyasında çəkilən "Sevil" filminin rejissoru olub, 1971-ci ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülüb.

Milli.Az


Etiketlər:  Vladimir Qorriker vəfat edib


RƏYLƏR