Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropada təbii qazın qiyməti 800 dollardan aşağı düşdü

Avropada təbii qazın qiyməti 800 dollardan aşağı düşdü

Tarix: 31 Dekabr 2021 16:36

Avropada təbii qazın qiyməti ucuzlaşıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, noyabrın 10-dan bəri ilk dəfə min kubmetr üçün 800 dollardan aşağı düşüb.

Belə ki, Hollandiyanın TTF mərkəzi üzrə fevral fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 796 dollara düşüb.

Ticarət başlayandan qazın ümumi ucuzlaşması 22%-dən çox olub və ötən həftənin tarixi rekordu ilə müqayisədə qazın qiyməti təxminən 3 dəfə ucuzlaşıb.

Xatırladaq ki, dekabrın 21-də Avropada qazın birja qiyməti tarixdə ilk dəfə olaraq min kubmetr üçün 2000 dollar həddini keçmişdi.

Milli.Az


Etiketlər:  Avropada təbii qazın qiyməti 800 dollardan aşağı düşdü


RƏYLƏR