Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda bir neçə marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir

Bakıda bir neçə marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir

Tarix: 31 Dekabr 2021 17:56

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramının təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə Azneft, Dənizkənarı bulvar - Neftçilər prospekti boyunca kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulduğundan bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.

Bakı Nəqliyyat Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, 1, 2, 4, 5, 6, 10, 18, 21, 30, 32, 46, 49, 53, 59, 61, 65, 88, 125, 127, 175, 205, M3 və H1 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək.


Etiketlər:  Bakıda neçə marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ