Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Tarix: 31 Dekabr 2021 21:33

Prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbriklər gəlməkdə davam edir.

Sonxeber.net AZƏRTAC-a istinadən həmin məktubları təqdim edir:

Rusiya Federasiyasının Petrozavodsk şəhərində yaşayan səhiyyə işçisi Diyar Mustafayevdən:

- Hörmətli cənab Prezident.

Sevimli Azərbaycanımın, qəhrəman xalqımın igid Prezidenti, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun və xoşbəxt ömür, bu mürəkkəb zamanda məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayıram.

Vətən müharibəsində qazanılan böyük Qələbəyə görə Sizə və rəhbərlik etdiyiniz qəhrəman Azərbaycan Ordusuna minnətdarlıq edirəm. Bu gün Azərbaycan xalqı Sizin sayənizdə qalib xalqdır. Sizin sayənizdə fəxr edirik ki, biz azərbaycanlıyıq. Siz böyük xalqımızın başını uca etdiniz, qamətini dikəltdiniz. Sizinlə, xalqımızla, qalib ordumuzla qürur duyuruq.

Cənab Prezident, Vətəndən kənarda olsaq da, özümüzü xoşbəxt hiss edirik. Mənim kiçik qardaşım və 6 əsgər yoldaşı 1997-ci ildə əsir düşməmək üçün özlərini partladaraq Füzuli rayonunda şəhid olublar. Biz gözəl dərk edirik ki, şəhidlərimiz əbəs yerə canlarından keçməyiblər. Siz torpaqlarımızı azad etməklə, ərazi bütövlüyümüzü bərpa etməklə şəhidlərimizin ruhunu şad etdiniz.

Hörmətli Prezident, Sizi bir daha təbrik edir, ən xoş arzularımı çatdırıram.

***

Rusiya Federasiyası Yazıçılar İttifaqının üzvü, həkim-yazıçı Sabit Əliyevdən:

- Hörmətli cənab Prezident,

Sizi 60 illik yubileyiniz münasibətilə böyük qürur hissi ilə səmimi-qəlbdən təbrik edirəm. Sizin apardığınız uzaqgörən və müdrik siyasət nəticəsində bu gün müstəqil Azərbaycan bütün sahələrdə böyük nailiyyətlər əldə etmişdir. Siz Azərbaycan xalqının birliyinin möhkəmləndirilməsi üçün böyük işlər görmüsünüz.

Mən bir yazıçı kimi Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği istiqamətində səylərimi əsirgəmirəm. Əsərlərimin qəhrəmanlarının xarakterində azərbaycançılıq özünü daim büruzə verir.

Sizin Ali Baş Komandanlığınızla 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən ruhlanaraq "Mənim evim Şuşa" adlı kitab yazmışam. Biz uzun müddət rahat nəfəs ala bilmirdik. Lakin artıq bu gün bizim evimiz Şuşa azaddır və hər birimiz rahat nəfəs alırıq.

Əziz Ali Baş Komandan, biz, xaricdə yaşayan azərbaycanlılar hər zaman Sizə, Azərbaycan dövlətinə arxalanaraq öz fəaliyyətimizi fəxrlə davam etdiririk.

Sizi doğum gününüz, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bir daha təbrik edir, bütün işlərinizdə uğurlar arzulayıram. Rusiyada yaşayan həkim və yazıçı kimi Sizinlə fəxr edirəm.

***

Qazaxıstanda fəaliyyət göstərən "Axıska" qəzetinin və "Türk Birliyi" jurnalının baş redaktoru Rövşən Məmmədoğludan:

- Cənab Prezident,

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan xalqı şanslı xalqdır ki, onun Sizin kimi lideri, Ali Baş Komandanı var. Xoşbəxt xalqdır ki, 30 il işğal altında qalmış Vətən torpaqları Sizin rəhbərliyinizlə azad edildi.

"Axıska" qəzeti və "Türk Birliyi" jurnalı hər zaman Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışıb. Vətən müharibəsi dövründə və ondan sonra bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirdik. "Qarabağ Azərbaycandır!" adlı jurnalın xüsusi buraxılışını türk, rus və ingilis dillərində yaydıq.

Əziz Prezident, Sizə uzun ömür, cansağlığı, xoşbəxtlik, fəaliyyətində müvəffəqiyyətlər arzulayıram.

***

Norveçin "Equinor" şirkətinin prezidenti və Baş icraçı direktoru Anders Opedaldan:

- Zati-aliləri,

Sizi "Equinor" şirkəti adından 60 illik yubileyiniz münasibətilə təbrik edir, Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycana tərəqqi və firavanlıq arzulayıram.

"Equinor" şirkəti Azərbaycan ilə enerji sektorunda əməkdaşlıqdan qürur duyur. Azərbaycan bizim önəmli beynəlxalq tərəfdaşımızdır. Biz qarşıdakı illərdə əməkdaşlığımızı davam etdirməyə ümidvarıq.

Cənab Prezident, fürsətdən istifadə edərək, Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edir, Sizə, ailənizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram.


Etiketlər:  Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir


RƏYLƏR