Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kardioloqdan XƏBƏRDARLIQ: "Bu, ilk dəfə baş verirsə, təcili yardıma zəng edin"

Kardioloqdan XƏBƏRDARLIQ:

Tarix: 31 Dekabr 2021 22:06

Moskva Səhiyyə İdarəsinin 6 saylı konsultativ-diaqnostika mərkəzinin kardiologiya şöbəsinin müdiri Andrey Sırov "Moskva danışır" radiosunun efirində ürəkdə uzun sürən ağrıları infarktın əlamətlərindən biri adlandırıb.

Milli.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Ürək ağrıları çox qısa müddətli olur. Həyatınızda ilk dəfə iyirmi-otuz dəqiqə davam edən şiddətli ağrılarla qarşılaşmısınızsa, xüsusən də nəfəs darlığı hissi, təzyiqin dəyişməsi ürək döyüntülərinin artması və azalması ilə müşayiət olunursa, bu, təcili yardıma zəng etmək üçün bir səbəbdir. Dərhal kardioqrammadan keçin", - Sırov əlavə edib.

Onun sözlərinə görə, ağrı yalnız fiziki fəaliyyət zamanı deyil, istirahət zamanı da yarana bilər.

Mütəxəssis deyib ki, ürək bölgəsində narahatlıq həzm sistemindəki pozğunluqların da göstərici hesab edilir:

"Ağrının yeri çox oxşar ola bilər. Buna görə də sizi çaşdıra bilər. Biz başa düşməliyik ki, ürəkdə ağrı yükün pik nöqtəsində baş verir, onlar qısa müddətli xarakter daşıyır, çox vaxt hava çatışmazlığı ilə əlaqələndirilir".

"Əvvəllər məlum olduğu kimi insan dərisindəki "mum" böyümələri infarktın xəbərçisi ola bilər. Onların zərər vermədiyi qeyd olunur, ancaq bədəndə müəyyən bir patologiyanı göstərə bilər. Özünüzdə belə bir əlamət görsəniz, həkimə müraciət etməlisiniz", - kardioloq vurğulayıb. (publika.az)

Milli.Az


Etiketlər:  Kardioloqdan XƏBƏRDARLIQ Bu ilk dəfə baş verirsə təcili yardıma zəng edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ