Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həyat yoldaşına 100 milyon verəcək

Həyat yoldaşına 100 milyon verəcək

Tarix: 1 Yanvar 2022 15:54

Məşhur reper Dr. Dre-nin həyat yoldaşı Nikol Yanq boşananda 100 milyon dollar alacaq.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu, ifaçının sahib olduqlarının hələ 1/8 hissəsidir. Nikol onun 820 milyonluq var-dövlətinin yarısına sahib olmaq niyyətindədir.

100 milyonun isə Nikol 50 milyonunu bu aralarda, qalan 50 milyonu isə 1 il sonra ala biləcək. Eyni zamanda qızılları və bank hesabları, 10 avtomobildən 4-ü də Yanqa qalacaq.

Dr. Dre isə sahib olduğu ən dəyərli şey olan musiqilərinin müəllif haqlarını və Apple-də olan səhmlərini özündə saxlaya bilib. Eyni zamanda 56 yaşlı reper Malibudakı bir, Los-Ancelesdəki 4 ev və elit məkanda yerləşən iki obyekti özündə saxlayıb.

Qeyd edək ki, boşanmaya səbəb xəyanət olub. Nikol məhkəməyə müraciət edərək ərinin 3 sevgilisinin olduğunu bildirib. O, hər ay üçün reperdən 2 milyon dollar tələb edib. O, 900 min dolları əyləncəsi, 135 min dolları isə geyimləri üçün istədiyini açıqlayıb.

Milli.Az


Etiketlər:  Həyat yoldaşına milyon verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ