Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağsuda elektrik enerjisi kəsildi, əsəbiləşən icra başçısı konserti yarımçıq tərk etdi

Ağsuda elektrik enerjisi kəsildi, əsəbiləşən icra başçısı  konserti yarımçıq tərk etdi

Tarix: 1 Yanvar 2022 21:20

Ağsu rayonunda Yeni illə bağlı açıq havada keçirilən konsert proqramı yarımçıq qalıb.

Bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, proqramın izləyiciləri arasında rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov da olsa da, qəfildən elektrik enerjisinin kəsilməsi konsertin dayanmasına səbəb olub.

Bundan əsəbiləşən başçı isə konsert meydanını tərk edib.

Qeyd edək ki, sosial şəbəkələrdə dəfələrlə rayon ərazisində elektrik enerjisi problemləri ilə bağlı məsələ qaldırılıb.

Milli.Az


Etiketlər:  Ağsuda elektrik enerjisi kəsildi əsəbiləşən icra başçısı konserti yarımçıq tərk etdi


RƏYLƏR