Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il dünya əhalisinin sayı 8 milyarda yaxınlaşacaq

Bu il dünya əhalisinin sayı 8 milyarda yaxınlaşacaq

Tarix: 2 Yanvar 2022 12:04

Dünya əhalisinin sayı 2022-ci ildə 7,8 milyarda çatacaq.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Siyahıyaalma Bürosu məlumat yayıb.

Bayden və Avropa liderləri Rusiyanın Ukraynaya qarşı sərt ritorikasından narahatdır
Almaniyada etiraz aksiyaları zamanı 5 jurnalistə hücum olunub, onlardan 3-ü yaralanıb
Danimarkada "Omicron" ştamına yoluxmalar kəskin artıb
Məlumata görə, 2021-ci ildə dünya əhalisi 0,9 faiz artaraq əhalinin sayını 74 milyon nəfər artırıb.

Bununla yanaşı o da qeyd edilib ki, 2022-ci ildə dünyada hər saniyədə 4,3 doğum və 2 ölüm hadisəsinin gözlənilir.

Çin 1 milyard 439 milyon 323 min nəfərlə dünyanın ən çox əhalisi olan ölkəsi olaraq qalır. 2-ci yerdə isə onu 1 milyard 380 milyon 4 min nəfərlə izləyən Hindistan gəlir. Bununla belə, yayılan məlumatda Hindistanın 2025-ci ildə Çini geridə qoyaraq dünyanın ən çox əhalisi olan ölkəsi olaraq birinci yerə yüksələcəyi bildirilir.

Hazırda ABŞ dünya əhalisinə görə üçüncü yerdədir. TÜİK-in 2020-ci il məlumatlarına görə Türkiyə 83 milyon 384 min əhalisi ilə dünyada 19-cu yerdədir.


Etiketlər:  dünya əhalisinin sayı milyarda yaxınlaşacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ