Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhər küçələrinin zibil problemi - VİDEO

Şəhər küçələrinin zibil problemi - VİDEO

Tarix: 4 Yanvar 2022 15:22

Bərdə şəhər sakini Mehman Allahverdiyev qaynar nömrəmizə yaşadığı ərazinin problemini video şəklində göndərib.

Milli.Az REAL TV-yə istinadən bildirir ki, videodan izlədiyimiz kimi, şəhərin mərkəzi küçələrində səkilər boyu qalaq-qalaq yığılan tullantılar göz oxşayır. Bu isə sakinləri narahat etməyə bilməz.

Məsələ ilə əlaqədar Bərdə Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Oradan bizə bildirildi ki, hər səhər şəhər küçələri təmizlənir. Bu gün də istisna deyil. Ola bilər ki, video təmizlik işlərindən öncə çəkilib. Zibillərin niyə xüsusi konteynerlərə deyil, səkilər boyunca yığıldığını da soruşduq. Cavabında bildirildi ki, konteynerlərin alınması ilə bağlı sifariş verilib. Bayram günlərindən sonra artıq Bərdə küçələrində zibil konteynerləri qoyulacaq. Biz də ümid etmək istəyirik ki, yeni il Bərdəyə xoş yeniliklər gətirəcək.

Milli.Az


Etiketlər:  Şəhər küçələrinin zibil problemi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ