Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” yekun siyahını UEFA-ya göndərir - Neçə yeni oyunçu olacaq?

“Qarabağ” yekun siyahını UEFA-ya göndərir - Neçə yeni oyunçu olacaq?

Tarix: 1 Sentyabr 2019 11:20

Avropa Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edəcək “Qarabağ” sabaha kimi bir neçə transfer gerçəkləşdirə bilər.

Qol.az xəbər verir ki, sentyabrın 2-si gecə Avropada transfer pəncərəsi bağlanır. Sentyabrın 3-ü isə Ağdam klubu da daxil olmaqla Avropa Liqasının qrup iştirakçısı olan bütün 48 komandanın iştirak ərizəsi UEFA-ya göndərilməlidir.

Ən uzağı sentyabrın 2-nə kimi isə yeni transferlər rəsmən həyata keçirilməli, ilk öncə yerli liqada qeydiyyat keçməli, bundan sonra isə beynəlxalq matçlar üçün UEFA-ya sifariş edilməlidir.

Beləliklə, “Qarabağ”ın bu gün, uzağı isə sabah axşama kimi yeni transferi rəsmən həyata keçirməsi şərtdir.

Qol.az-ın əldə etdiyi xəbərə görə, hazırda Ağdam klubu bir qapıçı, bir müdafiəçi və bir yarımmüdafiəçi ilə fəal danışıqlar aparır. Ehtimal edilir ki, yaxın 2 gündə “Qarabağ” 3, ən azı 2 isə yeni transfer həyata keçirəcək. Onlardan birinin “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç olacağı güman edilir.
 

 


Etiketlər:  Qarabağ yekun siyahını UEFA göndərir Neçə yeni oyunçu olacaq


RƏYLƏR