Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2019 12:24
Milli komandamızın hücumçusu Renat Dadaşov Portuqaliya yüksək liqasında ikinci oyununa çıxıb.
Qol.az xəbər verir ki, onun komanda “Pakuş de Ferreyra” “Maritimo”nu qəbul edib və 0:1 hesabı ilə uduzub. İlk matçında olduğu kimi, əsas heyətdə yer alan gənc futbolçumuz bu dəfə bütün 90 dəqiqəni meydanda olub.
Qeyd edək ki, 4 turdan sonra “Pakuş de Ferreyra” 1 xalla turnir cədvəlində sonuncu – 18-ci yerdədir.