Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2022 16:48
Bu il Avropa ciddi qaz çatışmazlığı ilə üzləşə bilər.
Sonxeber.net-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə INES qaz və hidrogen saxlama sistemlərinin alman operatorları assosiasiyasının rəhbəri Sebastyan Bleşke bildirib.
Bleşkenin sözlərinə görə, hazırda Avropada qaz anbarları orta hesabla 56% doludur ki, bu da son 10 ildəki orta göstəricidən 15%-dən çox aşağıdır.
"Qarşıda iki ən soyuq qış ayı olduğundan, Avropanın qazsız qala biləcəyi ilə bağlı qorxular var", - INES rəhbəri təklif edib.
Eyni zamanda, Bleşke qeyd edib ki, Rusiya ixracının artımı dayanarsa, 2022-ci ilin mart ayının sonuna qədər Avropadakı anbarlarda qaz ehtiyatları 15%-ə düşə bilər.
"Bəziləri böhranın ABŞ-ın LNG layihələrinin növbəti dalğasının qlobal bazara tədarükün başlayacağı 2025-ci ilə qədər davam edə biləcəyini söyləyir", - Bleşke qeyd edib.